AUT.AZ

“Neftçi” “Zenit”ə uduzdu

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində ilk oyununu keçirib.

Aut.az xəbər verir ki, hazırda baş məşqçisiz olan “ağ-qaralar” yerli “Zenit” komandası ilə qarşılaşıb. Sankt-Peterburqdakı “Qazprom Arena”da oynanılan görüş rəqibin qələbəsi ilə başa çatıb – 3:1.

Qeyd edək ki, “Neftçi” turnirdə iyulun 8-də Serbiyanın “Srvena Zvezda”, iyulun 12-də isə Türkiyənin “Fənərbağça” klubları ilə qarşılaşacaq.

“Match TV” turniri
Neftçi – Zenit 1:3
Qollar: 
Mateus Saldanya, 39 (penalti) – Qustavo Mantuan, 49. Klaudinyo, 70. Zelimxan Bakayev, 80

Exit mobile version