AUT.AZ

Semak: “Neftçi”nin səviyyəsi rəqabət aparmağa…

“Zenit”in baş məşqçisi Sergey Semak “Matç TV” turnirindəki rəqiblərini dəyərləndirib.

Aut.az xəbər verir ki, Sankt-Peterburq klubunun çalışdırıcısı “Neftçi” barədə də fikirlərini bildirib:

“Hər üç komanda kifayət qədər layiqli rəqiblərdir. “Neftçi”yə gəlincə, onların səviyyəsi rəqabət aparmağa imkan verir. Çox yaxşı rəqibdir. Heç kimə onlarla oyunda asan olmayacaq. Komanda avrokuboklarda mübarizə aparır. Digər rəqiblər kimi.

Maraqlı yoxlama oyunu oldu. Evdə yaxşı komandalara qarşı oynamaq çox xoşumuza gəlir. Hərəkətlilik, intensivlik baxımından komandamızın çıxışını bəyəndim. Əsas odur ki, zədələrdən qaça bildik. Ümumilikdə dinamik oyun oldu. Ümid edirəm ki, azarkeşlərin xoşuna gələcək”.

Exit mobile version