AUT.AZ

Getman deyir ki: Geri qalırıq

“Neftçi”nin müvəqqəti baş məşqçisi İqor Getman “Matç TV” turnirindəki ilk oyunlarını dəyərləndirib.

Aut.az xəbər verir ki, “ağ-qaralar” “Zenit”ə 1:3 hesabı ilə məğlub olublar:

“Biz böyük büdcəyə malik olan komanda ilə qarşılaşırdıq. “Zenit”in eyni səviyyəli iki heyəti var. Biz bu planda geri qalırıq. Bəzi futbolçular məzuniyyətdən yeni qayıdıblar. Onlara ağır idi. Oyunun sonlarında gənc futbolçuları meydana buraxdıq. Lakin istənilən halda oyunçularıma xarakter göstərdikləri, fədakarlıq etdikləri üçün minnətdaram”.

Exit mobile version