AUT.AZ

Futbolçular etirazçılara müraciət etdilər: Biz də sarsılmışıq

Fransa millisinin futbolçuları 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkədə başlayan etiraz aksiyasının iştirakçılarına müraciət edib.

Aut.az xəbər verir ki, futbolçular etirazçıları zorakılığı dayandırmağa çağırıblar.

“Bütün fransızlar kimi biz də gənc Nahelin vəhşicəsinə öldürülməsindən sarsıldıq. Bu faciəli hadisədən sonra xalqın qəzəbinin şahidi olduq. Etirazların mahiyyətini başa düşürük, lakin formasına haqq qazandıra bilmirik.

Siz öz xalqınızı məhv edirsiniz. mülkünüz, məhəllələriniz, şəhərləriniz, böyüyə biləcəyiniz yerləri dağıdırsınız”, – müraciətdə deyilir.

Fransız futbolçuların fikrincə, zorakılıq heç nəyi həll etmir.

İyunun 27-də səhər saatlarında polis əməkdaşları Nanterredə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, o, polisin  tələblərini yerinə yetirməkdən imtina edib.

Yeniyetmənin ölümündən sonra Fransanın bir sıra şəhərlərində bir neçə gündür davam edən iğtişaşlar başlayıb.

 

Exit mobile version