AUT.AZ

Formaları dəyişiblər, dönüb baxanda görüb ki, butslarını silir

“Arsenal”ın sabiq yarımmüdafiəçisi Cek Uilşir 2009-cu ildə “Mançester Siti”nin yarımmüdafiəçisi Kreyq Bellaminin davranışı haqda məlumat verib.

Aut.az xəbər verir ki, onlar formalarını dəyişdikdən sonra Bellami “Arsenal”ın forması ilə butslarını silib:

“Kreyq Bellamini xatırlayıram, bəli. Cəmi 16 yaşım olanda ona qarşı oynamışam. Bu, “Mançester Siti” ilə Liqa Kubokunda səfər oyunu idi. Bütün oyun boyu mənə qarşı çox pis davrandı.

Ancaq oyundan sonra onun formasını istədim. “Sənin formanı ala bilərəm?” dedim. Verdi, mən də öz formamı ona verdim. Dönüb baxanda köynəyimlə çəkmələrini silirdi”.

Uilşir “Arsenal”da on il keçirib – 2008-2018.

Exit mobile version