AUT.AZ

Emin Mahmudov yekun qərarını verdi

Mövsümlərarası fasilədə işləri heç də yaxşı getməyən “Neftçi” daha bir problemi həll edilib.

Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” müqavilə müddəti başa çatan kapitan Emin Mahmudovla uzun müddətdir davam edən danışıqları müsbət yekunlaşdırıb. Milli komandamızın üzvü paytaxt təmsilçisinin yeni müqavilə təklifini qəbul edib.

31 yaşlı yarımmüdafiəçinin Rusiyada təlim-məşq toplanışında olan komandanın sıralarına qoşulması üçün klub tərəfindən bilet alınıb.

Bəzi mənbələrdən daxil olan məlumata görə, futbolçu təqdimat üçün media şöbəsinin fotosesiyasında iştirak da edib. “Neftçi” Mahmudovla bağlı xəbəri bazar ertəsi günü ictimaiyyətə açıqlayacaq.

Exit mobile version