AUT.AZ

Daha bir ulduz futbolçu karyerasının bitirdi

İspaniya millisinin və “Çelsi”, “Arsenal”, “Barselona” kimi nəhənglərin sabiq yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını başa vurduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə Fabreqas özü sosial şəbəkədə məlumat verib:

“Butslarımı asmağım üçün vaxtın yetişdiyini böyük kədərlə elan edirəm. “Barsa”, “Arsenal”, yenidən “Barsa”, “Çelsi”, “Monako” və “Komo”da keçirdiyim ilk günlərdən hər günü dəyərləndirəcəyəm. Bu, heç vaxt unuda bilməyəcəyim bir səyahət idi.

Mənə kömək edən hər kəsə təşəkkür edirəm: komanda yoldaşlarım, məşqçilər, prezidentlər, azarkeşlər və agentim. Bütün ailəmə təşəkkür edirəm: valideynlər və bacılardan tutmuş həyat yoldaşı və uşaqlara qədər. Məsləhətinizi və mentorluğunuzu yüksək qiymətləndirirəm. Həm də məni daim gücləndirən rəqiblərə xüsusi təşəkkürümü bildirirəm”.

Məlumata görə, 36 yaşlı ispaniyalı yaxın vaxtlarda məşqçilik karyerasına başlamağı planlaşdırır.

Exit mobile version