AUT.AZ

Aqil Məmmədovun durumu necədir?

“Neftçi”nin məşqçisi İqor Getman “Zenit”lə oyunda (1:3) zədələnən qapıçı Aqil Məmmədovun durumu barədə danışıb.

Aut.az xəbər verir ki, o, qolkiperin vəziyyətinin yaxşı olacağına ümid etdiyini bildirib:

“Aqil indi xəstəxanadadır. Tibbi müayinədən keçəcək. Lakin həkimlər deyirlər ki, hər şey normal olacaq”.

Qeyd edək ki, Aqil Məmmədov görüşün son dəqiqələrində zədə alıb və o xərəkdə meydanı tərk edib.

Exit mobile version