AUT.AZ

“Qarabağ” “Legiya”yla bacarmadı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.

Aut.az xəbər verir ki, Ağdam təmsilçisi Polşa təmsilçisi “Legiya” ilə üz-üzə gəlib. “Kössen Arena”da keçirilən görüşdə “Qarabağ” 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, “Qarabağ” bu yay Avstriyadakı ilk yoxlama oyununda Macarıstanın “Ferentsvaroş” klubu ilə heç-heçə edib – 3:3. Komanda iyulun 4-də ÇSKA (Sofiya, Bolqarıstan) ilə də qarşılaşacaq.

Yoxlama oyunu

Qarabağ – Legiya 0:2

Qollar: Mark Qual, 74 Juergen Eitim, 80

Exit mobile version