AUT.AZ

Molla rejimi qadınlara bu hüququ verdi

İranda qadınlara stadionlarda futbol matçlarına baxmaq hüququ verilib.

Aut.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib. Qərar İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib.

“Qadınlar stadionlara girə biləcəklər. Xoşbəxtlikdən, Milli Təhlükəsizlik Şurası bu məsələni təsdiqlədi və… (onun) icrasına cavabdeh olan işçi qrupu təyin olundu.

Daxili İşlər Nazirliyi, İdman və Gənclər Siyasəti Nazirliyi, Futbol Federasiyası və İnformasiya Nazirliyinin (Kəşfiyyat) iki qurumu qadınların (stadionlara) keçidinin təfərrüatlarını planlaşdırır”, – ISNA Tacdan sitat gətirib.

Exit mobile version