AUT.AZ

“Dinamo” yenə başqa ölkədə oynayacaq

Ukraynanın “Dinamo” (Kiyev) komandası Konfrans Liqasındakı ev oyunlarını Rumıniyanın Buxarest şəhərində keçirəcək.

Aut.az xəbər verir ki, ölkədəki müharibə səbəbindən Kiyev klubu nominal ev sahibi kimi rəqiblərini 14 min azarkeş tutumuna malik “Rapid Culeşti” stadionunda qəbul edəcək. Bu barədə Ukrayna mətbuatı yazıb.

Ötən mövsüm “Dinamo” ev matçlarını Polşada keçirmişdi.

Exit mobile version