AUT.AZ

Ferstappen Avstriya Qran-prisinin sıralama turunun qalibi oldu

“Red Bull” komandasının pilotu Maks Ferstappen Avstriya Qran-prisinin sıralama turunun qalibi olub.

Aut.az xəbər verir ki, o, ən yaxşı dövrəni 1 dəqiqə 04,391 saniyəyə başa vurub.

İkinci yeri “Ferrari”nin pilotu Şarl Lekler (+0,048), üçüncü yeri isə onun komanda yoldaşı Karlos Sayns (+0,190) tutub.

Sessiya bazar günü keçiriləcək yarışın start sırasını müəyyən edib.

Qeyd edək ki, Avstriya Qran-prisi iyulun 2-də baş tutacaq.

Exit mobile version