AUT.AZ

Bolqarıstanlı hücumçu “Turan Tovuz”da

“Turan Tovuz” həyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Martin Detelinov Petkovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bolqarıstanlı futbolçu ilə 2 illik rəsmi müqavilə bağlanıb.

Sofiya “Levski”sinin yetirməsi olan hücumçu son olaraq vətənində “Septemvri”nin şərəfini qoruyub. O, karyerası ərzində “Slaviya” (Bolqarıstan), “Çernomorets” (Ukrayna) klublarının da formasını geyinib. Martin Petkov Bolqarıstanın 21 yaşlılardan ibarət milli komandasının heyətində 11 oyun keçirib.

Exit mobile version