AUT.AZ

“Barsa TV” bağlandı

İspaniyanın “Barselona” komandası klub televiziyasının fəaliyyətini dayandırıb.

Aut.az xəbər verir ki, buna səbəb televiziyaya illik xərcin çox olması göstərilib. 24 ildir fəaliyyət göstərən klub televiziyasına büdcədən illik 14 milyon avro xərclənir. Televiziyanın gəliri isə maksimum 2 milyon avro olur.

Maliyyə çətinliyi ilə üzləşən kataloniya təmsilçisi klub televiziyası layihəsindən imtina etməyə qərar verib.

Exit mobile version