AUT.AZ

Polisin vəhşiliyindən yazdı: Fransaya yazığım gəlir

PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe Nanterre şəhərində 17 yaşlı gəncin polisin açdığı atəş nəticəsində öldürülməsinə münasibət bildirib.

“Fransaya yazığım gəlir. Bu, qəbuledilməz bir vəziyyətdir. Bütün ruhum Naelin ailəsinin və yaxınlarının, dünyadan çox tez gedən bu balaca mələyin yanındadır”, – Mbappe sosial şəbəkələrdə yazıb.

Xatırladaq ki, iyunun 27-də Parisin ən böyük şəhərətrafı qəsəbələrindən birində avtomobil idarə edən 17 yaşlı oğlan yol patrulunun “Dayan” tələbindən imtina edərək qaçmağa cəhd edib.

Hüquq-mühafizə orqanının əməkdaşı ona atəş açıb. Oğlan döş qəfəsindən güllə yarası alıb və daha sonra reanimasiyada dünyasını dəyişib. Polis zabiti qəsdən adam öldürməkdə şübhəli bilinərək həbs edilib.

Bu hadisədən sonra Parisətrafı qəsəbələrdə iğtişaşlar başlayıb. Polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib, 30-dan çox adam saxlanılıb, 30-dan çox polis əməkdaşı yaralanıb.

Aut.az

 

Exit mobile version