AUT.AZ

Özünü Həbiblə müqayisə etdi

Sabiq niderlandlı futbolçu Klarens Zeedorf özünü keçmiş UFC çempionu Həbib Nurməhəmmədovla müqayisə edib.

Aut.az xəbər verir ki, Klarens yaxşı MMA döyüşçüsü ola biləcəyini iddia edib:

“Çox şey düşünməkdən, qərar vermə sürətindən, rəqibi başa düşməkdən asılıdır – bu mənada biz çox oxşarıq. Hər ikimiz rəqiblərin hərəkətlərini təxmin etməyə çalışırdıq: o, səkkizbucaqlıda, mən isə futbol meydançasında. Həbib zərbə almağı sevmirdi, ona görə də həmişə tez düşünür və dərhal hərəkətə keçirdi.

Mən də fiziki təmasdan qaçmağa çalışardım. Ondan qaçmaq üçün isə irəlini görmək, ayaq üstə dayanmağı bacarmalı və ani qərarlar qəbul etməlisən. Amma yəqin ki, mən yaxşı MMA döyüşçüsü olardım, nəinki Həbib yaxşı futbolçu”, – deyə “Sporting News” Zeedorfdan sitat gətirib.

Aut.az

 

 

Exit mobile version