AUT.AZ

“Neftçi” “Qarabağ”ı məğlub etdi

“Neftçi” Gənclər Liqasında sonuncu oyununu keçirib.

Aut.az xəbər verir ki, “ağ-qaralar” 44-cü turda “Qarabağ”la qarşılaşıb. Binə qəsəbə stadionunda baş tutan matç “ağ-qaralar”ın 3:2 hesablı qələbəsi ilə nəticələnib. Bununla da 91 xal toplayan “Neftçi” mövsümü 2-ci yerdə başa vurub.

Bu gün “ASK Arena”da təşkil olunan mükafatlandırma mərasimində paytaxt klubunun üzvlərinə gümüş medalları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.

Gənclər Liqasının qalibi “Qəbələ” olub.

Exit mobile version