AUT.AZ

Güləşçimiz Avropa çempionatının finalında

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Aut.az xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə millimizin üzvü Əsmər Can kurtaran bürünc medal görüşünə çıxıb. İsveçrəli Svenya Junqoya 9:6 hesabıyla qalib gələn idmançımız Avropa çempionatının bürünc medalını qazanıb.

Bu gün mübarizəyə qoşulan Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffreyə (14:4), slovakiyalı Kristina Basixə (14:6) və türkiyəli Emine Çakmaka (4:1) qalib gələrək finala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi finalda ukraynalı Mariya Yefremova ilə qarşılaşacaq.

Exit mobile version