AUT.AZ

UEFA-dan DÇ-2026 ilə bağlı təklif

UEFA 2026-cı ildə keçiriləcək Dünya Çempionatının formatında dəyişiklik edilməsi ilə bağlı təklif irəli sürüb.

Aut.az xəbər verir ki, təklifə əsasən mundialın seçmə mərhələləri qrup turniri və pley-off mərhələlərindən ibarət olacaq.

Belə ki, 12 qrup, hər qrupda 4-5 milli komanda olması irəli sürülür. Qrup lideri birbaşa DÇ 2026-ya vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə Millətlər Liqasının qrup qalibləri ilə pley-off oynayacaq.

Pley-off mərhələsində isə 16 komanda 4 qrupa bölünəcək. Oyunlar bir yarımfinal, sonra isə bir dəfə oynanılan final matçlarından ibarət olacaq.

Exit mobile version