İngiltərə

Etiraz aksiyası: Klubumuzu geri istəyirik  

“Mançester Yunayted” azarkeşləri klubun sahiblərinə qarşı etiraz aksiyası keçiriblər.

Aut.az xəbər verir ki, aksiya klub mağazasının qarşısında keçirilib. Fanatlar “Qleyzerlər, gedin”, “Klubumuzu geri istəyirik” şüarları səsləndiriblər.

Aksiya “Mançester Yunayted”in yeni formasının satışının başlaması ilə eyni vaxta təsadüf edib.

Xatırladaq ki, Qleyzer ailəsi klubun satışı ilə bağlı danışıqlar aparır. Britaniyalı iş adamı Cim Ratkliff və Qətər Şeyxi Qasim bin Həməd Al Tani “Mançester Yunayted”i almağa iddialıdırlar.

Aut.az