AUT.AZ

Rusiyadan imtina etdi, vətəndaşlığını dəyişdi

Qadın Tennis Assosiasiyası (WTA) rusiyalı Varvara Qraçovanın səhifəsindəki bayrağı dəyişib.

Aut.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Vətəndaşlığını dəyişən Qraçova Fransa bayrağı altında təmsil olunur. WTA reytinqində 22 yaşlı tennisçi 43-cü yeri tutur.

İyunun 5-də idmançının vətəndaşlığa qəbulunu təsdiq edən rəsmi məktub aldığı bildirilir. Qeyd olunur ki, bu, vətəndaşlıq almaq üçün ölkədə beş il yaşamaq lazım olan kriteriyaya cavab verir.

İdmançı pandemiyadan əvvəl qərar verdiyini açıqlayıb. “6 ildən çoxdur ki, Fransada yaşayıram. Yaxşı məşq bazam var, fransız mədəniyyətini, həyat tərzini, insanları xoşlayıram. Mən burada əbədi qalmaq istəyirəm”, – o, sosial şəbəkədə yazıb.

Martın 6-da Qraçova karyerasında ilk dəfə WTA turnirinin finalına yüksəlib. Ostində (ABŞ) keçirilən yarışın həlledici görüşündə rusiyalı qadın ukraynalı Marta Kostyuka uduzub.

Exit mobile version