AUT.AZ

“Qalatasaray”ın hədəfi: “Real”ın sabiq hücumçusu

“Qalatasaray” yay transfer pəncərəsində “Fiorentina”nın hücumçusu Luka Yoviçi transfer etmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, “Qalatasaray” futbolçu üçün 8 milyon avro təklif edəcək. Bu məbləğin yarısı hücumçunu keçən yay Florensiyaya pulsuz buraxan “Real”a çatacaq.

Bu mövsüm 25 yaşlı serbiyalı bütün turnirlərdə “Fiorentina”nın heyətində 50 oyunda 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

Onunla müqavilə 2024-cü ilin yayına qədər qüvvədədir.

Exit mobile version