AUT.AZ

Mövsümün ən böyük məyusluğu odur

“Bavariya”nın hücumçusu Sadio Mane Bundesliqada mövsümünün ən böyük məyusluğu hesab olunub.

Aut.az xəbər verir ki, “Kicker” təkcə mövsümün ən yaxşı oyunçularını və məşqçilərini deyil, həm də mövsümün əsas məyusluğunu müəyyən etmək üçün oyunçular arasında ənənəvi sorğu keçirib.

“Bavariya”nın 2022-ci ilin yayında “Liverpul”dan 32 milyon avroya aldığı Sadio Mane böyük fərqlə səsvermənin lideri olub. Respondentlərin 41,7%-i Manenin lehinə səs verib.

İkinci ən populyar cavab “Başqası/heç kim” – 26,9%, üçüncü – “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix (7,5%) olub. “Bayer”də çıxış edən Sərdar Azmun 1,2% səs toplayıb.

Aut.az

 

Exit mobile version