AUT.AZ

“Çelsi” xəbər göndərdi: Əl-ayağa düşdülər

Çelsi” “İnter”ə Romelu Lukakunu yenidən icarəyə vermək niyyətində olmadığını bildirib.

Aut.az xəbər verir ki, “İnter” belçikalı hücumçunu almaq üçün variantlar axtarır. Qapıçı Andre Onanın “Mançester Yunayted”ə satılması bu işdə “İnter”ə kömək edə bilər.

Bundan sonra Milan klubu Lukakunu icarəyə götürmək üçün 30 milyon avroya məcburi satınalma şərti ilə daha bir təklif edəcək. “Çelsi” futbolçu üçün 40 milyon tələb edir.

Xatırladaq ki, daha əvvəl Lukaku Səudiyyə Ərəbistanından gələn təklifi rədd etmişdi. O, karyerasını “İnter”də davam etdirmək istəyir.

Aut.az

Exit mobile version