AUT.AZ

“Boko” onun Messi ilə FOTOSUNU yaydı

Lionel Messi Xuan Roman Rikelmenin vida matçında iştirak edib.

Publika.az xəbər verir ki, Argentina millisi ilə “Boka Xuniors” arasında “Alberto Armando” stadionunda keçirilən oyunda bir çox əfsanələr bir araya gəlib.

Görüşdən sonra “Boka”nın mətbuat xidməti Messi və Rikelmenin birgə fotosunu dərc edib.

Fotoya “bütün zamanların ən yaxşısı” şərhi də əlavə edilib.

Dünən, iyunun 24-də Messi 36 yaşını qeyd etdi. Həmin gün Rikelmenin 45 yaşı tamam oldu.

 

Exit mobile version