AUT.AZ

Azərbaycan futbolunda daha bir yenilik: Region Liqasının qalibi…

“Bundan sonra Azərbaycan çempionatının bütün liqalarında idman prinsipləri tətbiq olunacaq”.

Bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Federasiya mənsubu qarşıdakı illərlə bağlı pozitiv gözləntilərini belə izah edib:

“İkinci liqada iştirak etmək istəyən klub mütləq Region Liqasında qalib olmalıdır. Bunun da forması üzərində işləyirik.

Ola bilər, Region Liqasında birinci pillənin qalibi olan ikinci liqaya gəlsin. O da ola bilər ki, Region Liqasının birincisi ikinci divizionun 11-cisi ilə pley-off oynasın.

AFFA və Peşəkar Futbol Liqası müxtəlif variantlar üzərində işləyir”. (Sportinfo.az)

Exit mobile version