AUT.AZ

Yığma komandamız Avropa çempionu oldu

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Aut.az xəbər verir ki, qarışıq komanda yarışında millimiz ardıcıl olaraq Niderland, Almaniya və İtaliyaya qalib gəlib.  Yığma finalda Fransanı ilə qarşılaşıb. Çempionluq uğrunda mübarizədə Azərbaycan seçməsi 1:3 hesabı ilə geri düşsə də, əzmkarlıq göstərib və hesabı 3:3 edib.

Qalib qızıl xal ilə müəyyənləşib. Rəqib idmançı Adrian Mivovan (60 kq) Məhəmməd Musayevlə görüşə çıxmayıb. Bununla da təmsilçimiz qalib elan edilib. Azərbaycan millisi 4:3 hesablı qələbə ilə Avropa çempionatının qızıl medallarını qazanıb.

Final

Qadınlar

48 kq

Vüsalə Hacıyeva – Selia Mayllar: Qələbə

63 kq

Fidan Qasımova – Emmi Qalludek: İpponla məğlubiyyət

Kamilla Toholiyeva – Leonie Minkada-Cakineu: İpponla məğlubiyyət

Kişilər

60 kq

Məhəmməd Musayev – Adrian Mivovan: İpponla qələbə

81 kq

Aslan Kotsoyev – Desir Zoba Kasi: İpponla qələbə

Ramazan Əhmədov – Mateo Akiana Monqo – İpponla məğlubiyyət

Qızıl xal

60 kq

Məhəmməd Musayev – Adrian Mivovan: Qələbə

Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci olub.

Exit mobile version