AUT.AZ

Ukrayna millisi FIFA-nın reqlamentini pozub

Ukrayna yığması 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatında FIFA-nın reqlamentini pozub.

Aut.az xəbər verir ki, Xorvatiyanı 2:0 hesabıyla məğlub edən Ukrayna millisinin heyətində həm əsas, həm də 21 yaşadək futbolçulardan ibarət millinin formasını geyinən futbolçu olub. Reqlamentə əsasən, hər iki millidə oynayan futbolçular digər millidə meydana çıxıbsa, həmin matçdan 48 saat keçməlidir. Anatoli Trubin və Georgi Sudakov əsas milli ilə AVRO 2024-ün seçmə mərhələsində Maltaya qarşı meydana çıxdıqdan sonra, gənclərdən ibarət milli ilə Xorvatiyaya qarşı oynayıb. Həmin oyunlar arasında isə 48 saat vaxt keçməyib.

Bu qayda pozuntusuna görə FIFA-nın hansı cəzanı tətbiq edəcəyi bilinmir.

Exit mobile version