AUT.AZ

Sakinlər narazılıq etdi, bu ideyadan əl çəkdilər

“Çelsi”nin stadionu “Stemford Bric” yaxınlığında yaşayan qərbi londonlular arenanın musiqi tədbirlərinin keçirildiyi məkana çevrilməsinə etiraz ediblər.

Aut.az xəbər verir ki, “Mail Online”ın məlumatına görə, sakinlərin rəyi dinlənilib və stadion konsert məkanına çevrilməyəcək.

Fulhem bölgəsinin yüzlərlə sakini buna qarşı çıxaraq birləşiblər.  “Çelsi” saat 10:00-dan 23:00-a qədər “Stemford Bric”də spirtli içkilərin satışına lisenziya olmaq şərtilə konsertlər keçirmək üçün icazə alacaqdı.

Lakin klub sakinlərin fikrini dinləyib və bu ideyadan vaz keçib. “Çelsi” 1905-ci ildən “Stemford Bric”də oynayır.

Aut.az

Exit mobile version