AUT.AZ

DÇ-də meydana girən Nüsrət: Heç nə oğurlamamışam

Məşhur türk aşpaz Salt Bae – Nüsrət Gökçə Qətərdə keçirilən dünya çempionatının finalından sonra meydana niyə girdiyini açıqlayıb.

Qeyd edək ki, Argentina millisinin Fransa üzərində qələbəsindən sonra Nüsrət meydanda daxil olub, Lionel Messi və digər futbolçularla selfi çəkdirib, Dünya Kubokunu əlinə alıb. Turnir bitəndən az sonra FİFA hadisə ilə bağlı araşdırmalara başlayıb.

“Mən Argentinanı sevirəm, orada yaşamışam. Mən dünya çempionatının finalına komandanı dəstəkləmək üçün gəlmişdim.

Komanda üzvlərinin çoxu restorana gəlib. Özümü kənar adam kimi hiss etmirdim. Bu xüsusi bir an idi. Orada olmağımın səbəbi ilə bağlı heç nə deyə bilmərəm.

Dünya çempionatına iki milyard insan baxdı… Bəs nə qədər adam mənim haqqımda danışır? Beş milyard. Bütün dünya.

Mən sahəyə özümü tanıtmaq məqsədi ilə daxil olmamışam, sadəcə bunu etmək istəyirdim. Düzdür, bir az gözlənilməz oldu. Meydanda ən azı 1000 nəfər var idi, amma videoya baxsanız, orada nacaq mənim olduğumu düşünərsiniz.

Mən heç vaxt və heç kimdən üstün olmaq istəməmişəm. Bu cür diqqəti sevmirəm. Mən heç kimi vurmamışam və heç nə oğurlamamışam”, – aşpaz “The Times”a bildirib.

Aut.az

Exit mobile version