AUT.AZ

Biliç Türkiyəyə qayıtdı

Xorvatiyalı məşqçi Slaven Biliç yenidən Türkiyədə çalışacaq.

Aut.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis “Adana Dəmirspor”la anlaşıb. Vinçentso Montella ilə yollarını ayıran Superliqa klubu xorvatiyalını razı salıb.

Son olaraq İngiltərədə “Uotford” klubunu çalışdırmış Biliç artıq Türkiyəyə uçub. Təcrübəli məşqçi “Lokomotiv”(Moskva), “Beşiktaş”, “Vest Hem”, “Əl-İttihad”, “Vest Bromviç”, “Beyjinq Qoan” klublarında işləyib.

Xatırladaq ki, “Adana Dəmirspor” Konfrans Liqasının ikinci təsnifat mərhələsində “ÇFR Kluj”la qarşılaşacaq.

Exit mobile version