AUT.AZ

“Əl-Hilal” onun transferini elan etdi

32 yaşlı seneqallı müdafiəçi Kalidu Kulibali rəsmən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu olub.

Aut.az xəbər verir ki, Kalidu Səudiyyə klubu ilə 3 mövsümlük, 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.

Bir neçə saat əvvəl “Çelsi” Kulibali ilə əməkdaşlığa son qoyduğunu rəsmən elan etdi.

Qeyri-rəsmi məlumatlara görə, londonlular transfer üçün təxminən 20 milyon avro alıb. Səudiyyə Ərəbistanında Kulibali mövsümə 30 milyon avro olacaq.

Kulibal 2022/23 mövsümündə “Çelsi”nin heyətində 32 oyuna çıxıb və 2 qol vurub.

Aut.az

Exit mobile version