AUT.AZ

“Zirə”dən “Makkabi Petah-Tikva”ya

“Zirə”nin yollarını ayırdığı Moize Adilehu artıq özünə yeni komanda tapıb.

Aut.az xəbər verir ki, 27 yaşlı müdafiəçi İsraildə oynayacaq. Belə ki, Benin millisinin üzvü “Makkabi Petah-Tikva” ilə anlaşıb. İsrail klubunun mətbuat xidməti Moizenin keçidini açıqlayıb. Adıçəkilən komanda İsrail yüksək liqasında çıxış edəcək.

Xatırladaq ki, afrikalı yayda “Zirə” ilə müqavilə imzalamışdı.

Exit mobile version