AUT.AZ

Komanda yoldaşları ilə vidalaşdı: “Barselona”ya gedir

“Mançester Siti”nin ulduz futbolçuları Kevin De Brüyne, Nathan Ake və İlkay Gündoğan tətilə çıxıblar. 

Aut.Az xəbər verir ki, mövsümü “qızıl het-trik”lə başa vuran klubun üzvləri birgə fotolarını sosial şəbəkə hesablarında paylaşıblar.

“Marca” “Mançester Siti” üzvləri ilə vida görüşü olduğunu iddia edir. Almaniyalı yarımmüdafiəçinin artıq “Barselona” ilə anlaşdığı qeyd olunur. Futbolçunun 28 iyun tarixində Kataloniya klubu ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

Xatırladaq ki, İlkay Gündoğan 2016-cı ilin yayından “Mançester Siti”də oynayır. 32 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsinin müddəti iyunun sonunda başa çatır. Gündoğan bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Exit mobile version