AUT.AZ

Keyn indi də bu klubla danışıqlar aparır

Harri Keyn “Bayern”ə keçə bilər.

Aut.az xəbər verir ki, futbolçunun nümayəndələri Münhen klubu ilə danışıqlar aparır. Bu barədə “Bild” məlumat yayıb.

İddiaya görə, Almaniya təmsilçisinin baş məşqçisi Tomas Tuhel yayda iki hücumçu almağı planlaşdırır. O, İngiltərə millisinin forvardını komandasında görməyi arzulayır.

30 yaşlı oyunçu “Tottenhem”dən ayrılmağı qərara alıb. O, Avropada titullar uğrunda mübarizə aparan klubda özünü sınamaq istəyir.

Qeyd edək ki, Keynə “Bayern”dən başqa, “Real” və “Mançester Yunayted” də maraq göstərir.

Exit mobile version