AUT.AZ

Flikə şübhə edirlər

Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik sentyabrda Yaponiya və Fransa  ilə yoldaşlıq matçlarında özünü sübut etmək şansı qazanacaq.

Aut.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Bildirilir ki, Almaniya Futbol Assosiasiyası (DFB) daxilində mütəxəssisin Avro 2024-ə evdə rəqabətədavamlı komanda hazırlaya bilməsi ilə bağlı şübhələr artır.

Buna baxmayaraq, DFB rəhbərliyi baş məşqçi ilə yolları ayırmağı düşünmür və ona şans vermək qərarına gəlib.

Qeyd edək ki, Flik 2021-ci ilin mayından Almaniya millisini çalışdırır.

 

Exit mobile version