AUT.AZ

Arvadının MMA istəyinə elə reaksiya verib ki…

“Barselona”nın hücumçusu Robert Levandovskinin həyat yoldaşı Anna ərinin onun MMA-da özünü sınamaq istəyinə münasibətindən danışıb.

Daha əvvəl məlum olmuşdu ki, karateçi olan Anna MMA-da debüt etmək üçün Polşa Qarışıq Döyüş Sənəti Təşkilatının (KSW) sahibindən təklif alıb.

“Mən iclası tərk etdim və bir saat sonra bu məlumat dərc olundu. Həyat yoldaşım bunu mətbuatdan eşitdi və məndən soruşdu: “Anna, sən nə edirsən, bu nə yazılardır?

Bir dəfə Robertə dedim ki, onun arvadı olmasaydım, belə bir təklifi qəbul edərdim” – “RMC Sport” Annadan sitat gətirib.

Aut.az

Exit mobile version