AUT.AZ

Zaretska Avropa Oyunlarının qalibi oldu

Polşada keçirilən III Avropa Oyunlarında karate yarışları başa çatıb.

Aut.az xəbər verir ki, yarışın son gündə Azərbaycan yığmasının dörd karateçisi mübarizəyə qoşulub. Onlardan İrina Zaretska (68 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələnib.

Ondan fərqli, Asiman Qurbanlı (84 kq) yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Ümumilikdə karate yığmamız 3 medal qazanıb. Ötən gün karateçimiz Tural Ağalarzadə (67 kq) yarışı qızıl medalla başa vurub.

Exit mobile version