AUT.AZ

UEFA bu klubu avrokuboklardan uzaqlaşdırır

UEFA müfəttişləri 2013/14 mövsümündə danışılmış oyunlara görə “Osasuna”nın Konfrans Liqasından kənarlaşdırılmasını tövsiyə edib.

Aut.az xəbər verir ki, İspaniya klubu bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

“Klub UEFA meyarlarını bölüşmür. Hüquqlarımızı müdafiə etmək üçün apellyasiya şikayəti verib qanuni mübarizə aparacağıq”, – deyə klubdan bildirilib.

“Osasuna” 2022/23 mövsümünü La Liqada yeddinci yerdə başa vurub və Konfrans Liqasında oynamaq hüququ qazanıb.

Aut.az

Exit mobile version