AUT.AZ

Təsdiqləndi: 2025-ci ildə 32 komanda ilə ABŞ-da

FİFA prezidenti Canni İnfantino 2025-ci ildə Klublararası Dünya Çempionatının ABŞ-da yeni formatda keçiriləcəyini açıqlayıb.

Son turnirdə cəmi 7 iştirakçı çıxış etsə də, ABŞ-da 32 komanda iştirak edəcək.

2025-ci ildən etibarən Çempionlar Liqasının son üç qalibi də daxil olmaqla, Avropanı Klublararası Dünya Çempionatında 12 komanda təmsil edəcək.

Daha 6 komanda Latın Amerikasından olacaq. Asiya, Afrika, Şimali və Mərkəzi Amerika, eləcə də Okeaniyanın hər birindən 4 klub iştirak edəcək.

Turniri 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına hazırlıq da hesab etmək olar.

Aut.az

Exit mobile version