AUT.AZ

Dünya çempionatına ev sahibliyi edəcək ölkə açıqlandı

Futzal üzrə dünya çempionatının final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib.

Aut.az xəbər verir ki, 2024-cü ildə sayca 10-cü dəfə təşkil olunacaq mundiala Özbəkistan ev sahibliyi edəcək.

Bununla bağlı qərarı FIFA qəbul edib. 24 komandanın iştirak edəcəyi final mərhələsinin matçları sentyabrın 14-dən oktyabrın 6-dək keçiriləcək.

Qeyd edək ki, Avropanın 7 ölkəsi dünya çempionatında iştirak edəcək. Sentyabr, oktyabr və dekabr aylarında qitə üzrə elit-raund mərhələsinin matçları keçiriləcək.

Azərbaycan millisi A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla mübarizə aparacaq. Qrup lideri birbaşa final mərhələsinə yollanacaq. İkinci pilləni tutmuş komandalardan ən yaxşı göstəriciyə malik dördü isə pley-offda qarşılaşacaq. Qalib gələn 2 yığma final mərhələsində oynamaq hüququ qazanacaq.

Exit mobile version