AUT.AZ

Ukrayna üçün meydanda

“Arsenal”ın əfsanəsi Patrik Vyera avqustun 5-i “Stemford Bric” stadionunda Ukraynaya yardım üçün keçiriləcək “Game4Ukraine” futbol matçında meydana çıxacaq.

Aut.az xəbər verir ki, Andrey Şevçenko və Aleksandr Zinçenkonun formalaşdırdığı iki komanda meydanda mübarizə aparacaq. Zinçenkonun kapitan olacağı komandanın baş məşqçisi Arsen Venger, komanda yoldaşları isə Patrik Vyera, Klarens Seedorf və Fabio Kannavarrodur. Həmin vaxta qədər digər futbolçuların da adı açıqlanacaq.

Matçdan əldə olunan gəlir Ukraynaya yardım kimi göndəriləcək.

Exit mobile version