AUT.AZ

“Qarabağ”ın istədiyi qapıçı bu klubla anlaşdı

“Qarabağ”ın qış “transfer pəncərəsi” zamanı heyətinə qatmaq istədiyi Andrey Lunyov karyerasını Yunanıstanda davam etdirəcək. 

Aut.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Bayer”dən (Leverkuzen) ayrılan 31 yaşlı qapıçı PAOK-la anlaşıb. Saloniki təmsilçisinin Lunyovla 1+1 illik müqavilə imzalayacağı gözlənilir.

“Torpedo” yetirməsi olan rusiyalı “Saturn”, “Ufa”, “Zenit” klbularının qapısını qoruyub.

Exit mobile version