AUT.AZ

Qadın idmançılara seksual təzyiq edənlər cəzalandırıldı

FİBA qadın basketbolçulardan ibarət Mali yığması və ölkə federasiyası cəzalandırıb.

Aut.az xəbər verir ki, komanda üzvlərinin seksual təzyiqlərə məruz qalmasıdır. Araşdırmalara 2021-ci ilin yayında başlanılıb. Nəticədə FİBA Mali yığmasının keçmiş baş məşqçisi Amadu Bamba ömürlük diskvalifikasiya edib. O, 90 min dollar cərimə ödəyəcək. Federasiyanın keçmiş prezidenti Haruna Mayqa isə 8 il yarışlardan uzaqlaşdırılıb və 22 min dollar cərimələnib. Bundan basşqa, federasiyanın iki nümayəndəsi və yığmanın məşqçisi müxtəlif cəzalara məruz qalıblar.

Qeyd edək ki, Malidə təxminən 100-ə yaxın qız basketbolçu seksual zorakılığa məruz qalması faktı təsdiqlənib.

Exit mobile version