AUT.AZ

Neymarla Şakira qalmaqal törətdi – FOTO

PSJ-nin futbolçusu Neymar ciddi qalmaqala səbəb olub.

Aut.az xəbər verir ki, o, “Formula 1” üzrə Dünya çempionatının İspaniya mərhələsində təhlükəsizlik qaydalarını kobud şəkildə pozub. Braziliyalı futbolçu Qran-prinin əsas mərhələsinin startından əvvəl trekə düşərək pilotlarla şəkil çəkdirib. Ancaq start zonasını vaxtında tərk etməyib.

Nəticədə isinmə dövrəsi başlayanda trekdə qalıb. O, maşınlar hərəkətdə olarkən yola daxil olaraq ərazini tərk etmək istəyib. Bu zaman mühafizəçilər ona mane olub.

Məsələ burasındadır ki, hadisə zamanı Neymar tək olmayıb. Dostları ilə yanaşı, başqa ulduzları da start zonasında qalıb. Onlar arasında kolumbiyalı müğənni Şakira, ispaniyalı sənətçi Rosaliya da olub.

FİA Neymarın və digər şəxslərin hərəkətindən hiddələnib. Təşkilatdan bilidirilib ki, vaxtında qarşısı alınmasaydı, yarışda faciə yaşana bilərdi. Bu səbəbdən “Formula 1” rəhbərliyi VİP qonaqlarla bağlı yeni qayda tətbiq etmək istəyir. Növbəti mərhələlərdə kimliyindən asılı olmayaraq dəvətlilərin hərəkət zonası məhdudlaşdırılacaq. Eyni zamanda, onların trekə daxil olmasına imkan verilməyəcək.

Exit mobile version