AUT.AZ

İki cüdoçumuz Avropa çempionu oldu

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Aut.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə macarıstanlı cüdoçu Benke Qalo ilə qarşılaşıb. Rəqibinə qalib gələn Məmişov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

55 kq-da mübarizə aparan Mirxaliq İskəndərov isə yarışın finalında Serbiya təmsilçisi Marko Corjiç üzərində qələbə qazanıb.

55 kq-da yarışan Əhməd Rüstəmov bürünc medalla kifayətlənib.

Exit mobile version