AUT.AZ

“Dinamo” Konfrans Liqasının ev oyununu Bakıda keçirəcək

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri olan Bosniya və Herseqovina “Jelezniçar”ı ilə Belarusun “Dinamo” (Minsk) klubları arasında cavab oyununun Bakıda keçiriləcəyi dəqiqləşib.

Aut.az xəbər verir ki, I təsnifat mərhələsinin cavab qarşılaşması “Qarabağ”a məxsus “Azersun Arena”da oynanılacaq. Bu barədə “klix.ba” məlumat yayıb.

“Minsk “Dinamo”su avrokubok matçlarını Belarus ərazisində keçirə bilmir. “Jelezniçar”la ev oyunu üçün İsrailin “Netanya” şəhərindəki stadionu seçilsə də, sonradan cavab görüşü üçün stadion “Azersun Arena”ya dəyişdirilib. Qarşılaşma iyulun 20-də keçiriləcək. İlk görüş isə iyulun 13-də olacaq.

“Jelezniçar” “Dinamo”nu keçərsə, “Neftçi” ilə qarşılaşmaq üçün yenidən Bakıya gəlməli olacaq.

Qeyd edək ki, “Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq. Oyunlar iyulun 27-də və avqustun 3-də keçiriləcək

Exit mobile version