AUT.AZ

Ərəblər bu idman növünə də pul yatırdılar

Bəhreyn İnvestitsiya Fondu Formula-1-də “Maklaren”nin səhmlərinin böyük hissəsinə sahib çıxıb.

Aut.az xəbər verir ki, bu, fonda 510 milyon dollara başa gəlib. Əvvəllər səhmlər Səudiyyə Ərəbistanı Fondu və Ares Managementə məxsus idi. Bəhreyn İnvestitsiya Fondu bu alqı-satqı nəticəsində kompaniyanın əsas səhmdarına çevrilib. “Maklaren” Direktorlar Şurasının əsas məqsədi təşkilatı daha effektiv idarə etməkdir.

Qeyd edək ki, Formula-1 yarışlarında “Maklaren” 8 mərhələdən sonra 17 xal toplayıb.

Exit mobile version