AUT.AZ

Onu bağışlayıb

“Barselona”nın sabiq futbolçusu Dani Alves həbsxanada ilk müsahibəsini verib.

Aut.az xəbər verir ki, gecə klubunda təcavüz etməkdə şübhəli bilinərək həbs edilən braziliyalı müdafiəçi həmin xanımı bağışladığını söyləyib:

“Mənə elə gəlir ki, kimsə ona pis məsləhət verib. Bunu etdikdən sonra özünü pis hiss etdi və xaosa səbəb oldu. Çünki artıq düşdüyü qarışıqlıqdan necə çıxacağını bilmirdi. Məni də bu xaosa sürüklədi.

Mən onun vicdanına müraciət edirəm. Rahat yatdığım bir gecə də olmayıb. Vicdanım təmizdir. Heç vaxt öz istəyimlə kiməsə zərər verməmişəm. Elə o gecə də. Bilmirəm, vicdanı təmizdir, gecələr rahat yata bilirmi? Amma mən onu bağışlayıram”.

Qeyd edək ki, Dani Alveşi 12 ilə qədər həbs gözləyir.

Exit mobile version