AUT.AZ

Messinin qorxusu: Komanda yoldaşını əqrəb sancdı

“İnter Mayami”nin qapıçısı Nik Marsman hörümçək dişlədiyi üçün xəstəxanaya yerləşdirilib.

Aut.az xəbər verir ki, 32 yaşlı hollandiyalının həyat yoldaşı  Natali den Dekkerin sözlərinə görə, hadisə zooparka ailəvi səfər zamanı baş verib. Futbolçu üç gün xəstəxanada yatmalı olub.

“Tropik iqlimdə yaşamağın mənfi tərəfi odur ki, zooparka getsəniz və zəhərli hörümçək sizi dişləsə… Üç gün xəstəxanada qalacaqsınız.

Evə qayıtdığın üçün xoşbəxtik, tez sağal”, – den Dekker sosial mediada yazıb.

Xatırladaq ki, iyulda argentinalı ulduz hücumçu Lionel Messi “İnter Mayami”də debüt edəcək.

Aut.az

Exit mobile version